Xəbər lenti

 

Bu gün İrana girmirəmsə, böyük təmkin göstərirəm.

“Sozcu” xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donal Tramp Avstraliyanın Baş naziri Skott Morrison ilə görüşdən sonra Ağ Evdə keçirilən birgə mətbuat konfransında bildirib.

Tramp İrana qarşı sanksiyaların işə yarayacağına inanaraq, “İrana girmək dünyanın ən asan işidir. Bu gün orada deyiləmsə, böyük təmkin göstərmiş oluram” deyə vurğulayıb.

Qeyd edək ki, ABŞ və İran arasında uzun müddətdir gərginlik davam edir. ABŞ-ın Səudiyyə Ərəbistanının “Aramco” neft kompleksinə edilən hücumlarına İranı səbəb göstərməsi iki ölkə arasındakı münasibətləri gərginləşdirib.




Ana səhifəyə qayıt        Baxış: 463          Tarix: 21-09-2019, 11:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma