Xəbər lenti

 

ABŞ administrasiyası BMT Baş Assambleyasının Nyu-York şəhərində, yüksək səviyyədə keçiriləcək sessiyasında İrana qarşı geniş koalisiya yaratmaq niyyətindədir.

“The Wall Street Journal” qəzetinin verdiyi xəbərə görə, amerikalıların əsas arqumenti Səudiyyə Ərəbistanının neft obyektlərinə edilən hücumların arxasında İranın dayandığı iddiası olacaq.

Qəzetin qaynaqlarına əsasən, prezident Tramp şəxsən rəsmi Tehrana qarşı birbaşa hərbi əməliyyatlar başlamağın əleyhinədir. Prezident bunun əvəzinə Səudyyə Ərəbistanının İranla müharibə aparması təqdirdə rəsmi ər-Riyada kömək göstərilməsini təklif edir. Çünki ABŞ-ın bir sıra müttəfiqləri indidən neft yataqlarındakı partlayışların iranlılar tərəfindən törədilməsi faktını şübhə altına alıblar.

“The Wall Street Journal” Ağ Evin hazırda İrana yönəlik “BMT vasitəsilə geniş beynəlxalq cavabın koordinasiyası” siyasəti üzərində durduğunu yazıb. Mənbələr bu yolun seçilməsində iqtisadi faktorların böyük rol oynadığını vurğulayır. Belə ki, hazırda Birləşmiş Ştatlar hazırda öz resursları hesabına enerji daşıyıcılarına olan tələbatını ödəsə də, Səudiyyə Ərbistanındakı hücumlardan sonra neft qiymətlərinin artması iqtisadiyyata mənfi təsir göstərib. Genişmiqyaslı müharibə isə dünya iqtisadiyyatı üçün fəlakətli tendensiyaya gətirib çıxara bilər. Trampa isə 2020-ci il prezident seçkiləri öncəsi bu lazım deyil.

Bu səbəbdən ABŞ prezidenti çərşənbə günü San-Dieqo şəhərində jurnalistlərlə söhbət zamanı Birləşmiş Ştatların müharibə ritorikası aparmadığını bildirib. Onun yerinə isə Donald Tramp rəsmi Tehrana yeni sanksiyaların tətbiq olunacağını söyləyib.




Ana səhifəyə qayıt        Baxış: 489          Tarix: 19-09-2019, 16:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma