Böyük Britaniyanın baş naziri Boris Conson və ABŞ prezidenti Donald Tramp 2020-ci ilin iyuluna ikitərəfli ticarət sazişi imzalayacaqlar.
"Report" xəbər verir ki, bu barədə Britaniya hökumətindəki mənbəyə istinadən "Sun" nəşri bildirib.
Daha əvvəl Böyük Britaniyanın xarici işlər naziri Dominik Raab 2019-cu ilin oktyabrında Birləşmiş Krallığın Avropa Birliyindən çıxışından sonra Britaniyanın ABŞ-la işləmək üçün saziş bağlamaq qərarı haqqında bildirib. Donald Tramp isə vurğulayıb ki, "ölkələr sazişin bağlanmasına tərəf hərəkət edir".
Qəzetin məlumatına görə, Britaniyanın baş naziri və ABŞ lideri BMT Baş Assambleyasında görüş zamanı bu qərarı elan edə bilərlər.
Qeyd edək ki, Böyük Britaniya 31 oktyabra qədər Avropa Birliyini tərk etməlidir. Lakin birlikdən çıxış haqqında cari razılaşma parlamentə sərf etmir. Avropa Birliyindən çıxışı habelə britaniyalılar da bəyənmir.
Paylaş: