“İran İslam Respublikasının siyasi qayəsi Suriya xalqı və dövlətini dəstəkləməkdir; Terrorizmə və radikal hərəkətlərə qarşı mübarizədə əməkdaşlıqlarımız davam etdirilməlidir”
Ovqat.com İRNA-ya istinadən xəbər verir ki, bunu İran İslam inqilabı rəhbərinin beynəlxalq işlər üzrə müşaviri Əli Əkbər Vilayəti dünən Suriyanın İrandakı səfiri Adnan Həsən Mahmud ilə görüşündə deyib.
Suriyanın ərazi bütövlüyünün qorunmasının zəruriliyinə diqqət çəkən Vilayəti inandığını bildirib ki, Suriya xalqı heç bir etnik ayrı-seçkiliyə getmədən ölkələrinin birlik və bərabərliyini müdafiə edəcək.
Suriyanın İrandakı səfiri də dövlətinə dəstək verdiyinə görə İrana təşəkkürünü bildirib və regionla bağlı son hadisələr barədə dini liderin müşavirini məlumatlandırıb. Səfir xüsusilə Türkiyənin Suriyaya başladığı hərbi hərəkatı tənqid edərək, bu hərəkatın beynəlxalq qanunlardan doğan öhdəlikləri pozduğunu bildirib.
Paylaş: