Xəbər lenti

 

Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Qadın hüquqlarına həsr edilmiş film festivalında təmsil olunacaq. 

"Report"un Fransa bürosu xəbər verir ki, Azərbaycan Respublikasının Fransadakı səfirliyi və Fransada Azərbaycanın Dostları Assosiasiyasının dəstəyi ilə alman rejissoru Veit Helmerin Bakıda çəkdiyi “TheBra” filmi 6 dekabrda Parisdə "Qadın hüquqları və Kino" festivalında göstəriləcək.

3-6 dekabrda keçiriləcək beynəlxalq film festivalında ona yaxın ölkə təmsil olunacaq. "Qadın hüquqları və Kino" festivalı bu il ikinci ildir ki, keçiriləcək.




Ana səhifəyə qayıt        Baxış: 410          Tarix: 26-11-2019, 23:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma