Xəbər lenti

Sentyabrın 7-dən 10-dək Bakıda Rusiya film həftəsi keçiriləcək. Nizami Kino Mərkəzində reallaşacaq kino həftəsi Mədəniyyət Nazirliyinin dəstəyi, Mədəniyyət Nazirliyi, Rusiyanın “Kinofest” Prodüser Mərkəzi və Nizami Kino Mərkəzinin dəstəyi ilə təşkil olunacaq.

Açılış mərasimində Rusiya kinematoqrafiyasının simaları və “Kinofest” Prodüser Mərkəzinin nümayəndələri iştirak edəcək.

Nizami Kino Mərkəzindən AZƏRTAC-a bildirilib ki, açılış mərasiminin rəsmi hissindən sonra rejissor Serqey Mokritskinin 2018-ci ildə istehsal olunmuş fentezi janrında çəkdiyi “Çernovik” bədii filmi nümayiş olunacaq.

Qeyd edək ki, kino günləri çərçivəsində sentyabrın 8-də rejissor Yekaterina Teleqinanın, Azərbaycan aktyorlarının da yer aldığı komediya janrında ekranlaşdırdığı “Kilimandjara”, sentyabrın 9-da rejissor Danila Kozlovskinin dram janrında çəkdiyi “Trener”, sentyabrın 10-da Klim Şipenkonun dram janrında çəkdiyi “Salyut – 7” bədii filmləri şəhər sakinlərinə və paytaxtımızın qonaqlarına təqdim olunacaq.

Nizami kino Mərkəzində Rusiya kinosu həftəsi çərçivəsində nümayiş olunacaq filmlərin seansları hər gün saat 18:30-da mərkəzin böyük zalında başlayacaq.

Nümayişlərə giriş sərbəstdir.

 




Ana səhifəyə qayıt        Baxış: 737          Tarix: 5-09-2018, 12:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma