Qırğızıstanın Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, ölkənin cənubundakı Oş bölgəsinin Özgən rayonunun Ayu kəndində torpaq sürüşməsi baş verib.
Ovqat.com xəbər verir ki, torpaq sürüşməsi nəticəsində 10-a yaxın ailədən 20-dən çox insan torpaq altında qalıb. Hazırda xilasedicilər hadisə yerinə cəlb olunub.
Xatırladaq ki, Özgən rayonunda təxminən bir ay əvvəl baş verən torpaq sürüşməsi bir ailədən 6 nəfərin ölümünə səbəb olmuşdu.