Xəbər lenti

 

Yaponiya İran hökumətindən imzaladığı nüvə anlaşmasına tam riayət etməsini tələb edir.

Bu barədə Yaponiya baş naziri Şinzo Abe İran Prezidenti Həsən Ruhani ilə görüşündə deyib.

Hazırda Tokioda səfərdə olan İran prezidenti baş nazir Şinzo Abe ilə regional mövzuları müzakirə edib.

Baş nazir Yaxın Şərqdə gərginliyin azalması və sabitliyin saxlanılması üçün diplomatik cəhdlərini davam etdirəcəyini bildirib. O, İranı digər ölkələrlə imzalanan nüvə anlaşmasına tabe olmağa və regional sülhün təminatında rol oynamağa çağırıb.

Prezident Ruhani isə Yaxın Şərqdə və Bəsrə körfəzində regional sabitliyin İran üçün əhəmiyyətli olduğunu deyib, nüvə anlaşmasının əhəmiyyətini vurğulayıb. Eyni zamanda ABŞ-ın bu anlaşmadan çıxmasını qınayıb. \\Teleqraf




Ana səhifəyə qayıt        Baxış: 338          Tarix: 21-12-2019, 19:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma