Xəbər lenti

Liviyada legitim hakimiyyətə qarşı qiyam edən və Türkiyəni düşmən sayan general Haftar Moskvada səfərdədir.

Teleqraf.com xəbər verir ki, Moskva-Ankara münasibətlərində gərginliyin davam etdiyi bir məqamda qiyamçı Haftarın Moskvada peyda olması maraqlı detal hesab olunur.

Xəlifə Haftarın Moskvada Rusiya müdafiə naziri Sergey Şoyqu ilə görüşdüyü bildirilir.

Rusiya Müdafiə Nazirliyinin açıqlamasında qeyd edilib ki, görüşdə tərəflər Liviyada durumla bağlı fikir mübadiləsi aparıblar.

Haftarın Moskva səfəri təkcə rus-türk münasibətlərinin gərginləşdiyi ana təsadüf etmir. Bu görüşdən əvvəl Haftar beynəlxalq aləmin Liviyada legitim hakimiyyət saydığı Liviya milli barış hökumətinin nəzarətində olan Tripoli hava limanını bombardman edib.

Bundan sonra legitim hökumət Cenevrədəki atəşkəs müzakirələrindən imtina etdiyini bildirib.




Ana səhifəyə qayıt        Baxış: 584          Tarix: 20-02-2020, 10:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma