Liviyada vətəndaş müharibəsinin tərəfi olan general Haftar mülki insanlara qarşı hərbi cinayətlərinə görə məhkəməyə verilib.
General Haftarla bağlı məhkəmə prosesi Virciniya əyalətinin məhkəməsində başlayıb.
Məlumata görə, Liviyada Haftar tərəfindən öldürülən bir neçə gəncin ailəsi ABŞ-da onu məhkəməyə veriblər. 4 ailə hərbi cinayətlər səbəbindən Haftara qarşı 125 milyon dollarlıq iddia qaldırıb. Eyni zamanda Haftarın ABŞ-dakı daşınmaz əmlakına həbs qoyulması istənilir.
Haftara qarşı iddia qaldıran liviyalı ailələrin vəkili Faisal Gill qeyd edib ki, general məhkəmə prosesinə qatılmadığı üçün qiyabi hökm mərhələsinə başlanılıb. Haftar bir ay müddətinə məhkməyə reaksiya verməsə, avtomatik məhkəməni uduzan tərəf elan olunacaq.
Xatırladaq ki, Liviyada hakimiyyətə gəlmək üçün minlərlə mülki insanı qətl edən Xəlifə Haftar ABŞ vətəndaşıdır.\\Teleqraf
Paylaş: