Xəbər lenti

Avropa İttifaqı (Aİ) ABŞ Prezidenti Donald Trampın bir ay müddətinə Avropadan ABŞ-a olan uçuşlara qadağa tətbiqini müzakirə edəcək.

APA-nın xəbərinə görə, bu barədə Aİ Şurasının Prezidenti Şarl Mişel “Twitter”də bildirib.

“Prezident Donald Trampın uçuş qadağasını elan etməsinin ardınca bu gün biz vəziyyəti qiymətləndirəcəyik. İqtisadi iflasa yol verilməməlidir. Avropa COVID-19 virusunun yayılmasının qarşısını almaq, onun təsirə məruz qalanların sayını məhdudlaşdırmaq və tədqiqatları dəstəkləmək üçün bütün lazımi tədbirləri görür”, – deyə Ş. Mişel qeyd edib.

Xatırladaq ki, COVID-19 pandemiyası ilə əlaqədar ABŞ Prezidenti D. Tramp 30 gün ərzində Avropadan ABŞ-a bütün sərnişin təyyarələrinin uçuşlarına qadağa qoyub.




Ana səhifəyə qayıt        Baxış: 1 414          Tarix: 12-03-2020, 13:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma