Xəbər lenti

 

Ermənistanda koronavirus infeksiyasına yoluxanların yarıdan çoxu paytaxt Yerevanda qeydə alınıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, Ermənistanda koronavirusun yayılmasına qarşı mübarizə məqsədilə martın 16-dan aprelin 14-dək fövqəladə vəziyyət rejimi elan edilib. Hazırda ölkədə 329 nəfərdə koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, bir nəfər ölüb.

Yoluxma hallarının çoxu paytaxt Yerevanda qeydə alınıb – 151 yoluxma. Daha sonra Kotay vilayəti (57 nəfər ), Ararat (56 nəfər) və Armavir (52 nəfər) vilayəti yer alır.

Bildirilib ki, Şirak və Araqaçotn bölgələrində müvafiq olaraq beş və dörd nəfər, Lori və Syunik bölgələrində isə iki nəfər koronavirusa yoluxub.

Koronavirus Ermənistanın on bölgəsindən yalnız üçündə aşkarlanmayıb. \\Teleqraf.com




Ana səhifəyə qayıt        Baxış: 1 590          Tarix: 27-03-2020, 23:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma