Xəbər lenti

 

Bu gün Ermənistanda COVİD-19 virusuna daha 8 yoluxma halı aşkarlanıb.

Bu barədə Səhiyyə Nazirliyinin “Facebook” hesabında məlumat paylaşılıb.

Beləliklə, ölkədə yeni koronavirusa yoluxma hallarının sayı 72-yə çatıb.\\\Report


*** 13:52

Ermənistanda martın 17-si saat 12-yə olan məlumata əsasən daha 12 koronavirusa yoluxma faktı qeydə alınıb. 

Bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, bununla da virusa yoluxanların sayı 64-ə çatdı.\\Report


*** 09:56

Ermənistanda koronavirusa yoluxanların sayı 52 nəfər çatıb.

Bu barədə Ermənistanın səhiyyə naziri Arsen Torosyan “Facebook” səhifəsində yazıb.

“Daha 50 nəfərin testinin nəticəsi məlum olub. Bütövlükdə 105 test keçirilib. Onlardan 7-si müsbət nəticə verib”, - Torosyan yazıb.

Qeyd edək ki, Ermənistanda koronavirusla bağlı fövqəladə vəziyyət rejimi elan edilib. \\Report




Ana səhifəyə qayıt        Baxış: 1 565          Tarix: 17-03-2020, 19:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma