Xəbər lenti

Yaponiya koronavirus infeksiyasının müalicəsinə yaxşı təsir edən "Avgina "dərmanını yeni növ koronavirus (COVİD-19) infeksiyasının müalicəsi üçün istəyən ölkələrə pulsuz verəcək.

Yaponiya  "Avigan” preparatını  dünya ölkələrinə yardım kimi paylayacaq.

Bu barədə məlumat verən Yaponiya hökumətinin sözçüsü Suga Yoşihide  keçirdiyi mətbut konfransında  bildirib ki, hazırda 30 ölkə Yaponiyaya  dərman yardımı üçün müraciət edib. Onun sözlərinə görə, Yapon firmasının  qrip əleyhinə istehsal etdiyi "Avigan” dərmanı hazırda koronavirusla müalicədə təsirlərini öyrənmək məqsədi ilə klinik testlərdən keçirilir. Dərman Yaponiyada və Çində təcrübədən çıxıb və öz müsbət nəticəsini verib.

Yapon hökumətinin rəsmisi əlavə edib ki,  bu dərmanlar  müraciət edən ölkələrə pulsuz və tələbləri səviyyəsində yardım kimi veriləcək. \\Ölkə.az




Ana səhifəyə qayıt        Baxış: 1 881          Tarix: 4-04-2020, 20:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma