Xəbər lenti


Serbiya prezidenti Aleksandr Vuçiç bildirib ki, onun oğlu koronavirus xəstəsidir.
Bu barədə dövlət başçısı özünün “Instagram”dakı rəsmi hesabında yazıb.

"Nə vaxt ki, bütün bunlar başlandı, mənim Danilom dedi ki, təslim olmaq variant deyil. Mənim birinci övladım koronavirusa yoluxub, onu yoluxucu xəstəxanaya qəbul etdilər. Oğul, sən buna qalib gələcəksən. Ata səni sevir və hamı səni sevir”, - deyə Vuçiç öz hesabında yazıb.

Dövlət başçısı paylaşıma gənc oğlunun fotosunu da əlavə edib.

Qeyd edək ki, Serbiyada koronavirus qurbanlarının sayı 65 nəfər təşkil edir. Ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı 2 666 nəfərdir.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19 infeksiyasını pandemiya elan edib. \\BakuPost.az



Ana səhifəyə qayıt        Baxış: 1 818          Tarix: 9-04-2020, 00:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma