Xəbər lenti

 

Azərbaycanın bir sıra məscidlərində koronavirus təhlükəsi ilə əlaqədar olaraq, yas mərasimlərinin keçirilməsi qadağan edilib.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) göstərişi ilə “Təzə Pir” və "Heydər" məscidilərinin mərasim zallarında yas mərasimlərinin keçirilməsinə məhdudiyyət qoyulub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 125 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 130 238-ə çatıb. Bunların 68 677 nəfəri sağalıb, 4 756 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. \\Pravda.az




Ana səhifəyə qayıt        Baxış: 1 490          Tarix: 12-03-2020, 22:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma