Xəbər lenti


Rusiya millətçilərinin lideri, Liberal-Demeokrat partiyasının sədri Vladimir Jirinovski Belarus rəhbəri Aleksandr Lukaşenkonu qarşıdan gələn prezident seçkilərində namizədliyini geri götürməyə çağırıb.

Məlum olduğu kimi, seçkilər bu ilin avqust ayının 9-da baş tutmalıdır. A.Lukaşenko artıq 6-cı dəfə ölkə başçısı postunu tutmaq uğrunda yarışacaq. Lakin bu seçkilər onun üçün əvvəlki kimi asan keçmir. A.Lukaşenkoya qarşı Belarus tarixində görünməyəcək dərəcədə çoxminli mitinqlər keçirilir. Üstəlik Kremlin dəstəyi də hiss olunmur.

“Ən yaxşısı onun yarışdan çəkilməsidir. Çünki artıq vətəndaşlar onu prezident kimi görmək istəmirlər. Heç olmasa əvvəldən seçkilərə buraxmadığı namizədləri qeydə alsın, ondan sonra avqustun 9-da onlarla birlikdə yarışsın. Mən inanıram ki, ölkə yeni prezident seçəcək və o da məğlubiyyətlə barışacaq. Bu, bütün Belarus əhalisini sakitləşdirə bilər. Hərçənd biz qalan namizədlərin real proqramlarının nədən ibarət olduğunu bilmirik”,-deyə Jirinovski bildirib.

Bununla RLDP lideri əslində Rusiyanın Kremlə yaxın bəzi dairələrin “Lukaşenko olmasın, kim seçilirsə-seçilsin” mövqeyini ortaya qoymuş olub./musavat.com/
 



Ana səhifəyə qayıt        Baxış: 2 988          Tarix: 4-08-2020, 23:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma