Vladimir Zelenski Ukraynanın sonuncu prezidenti olacaq.
Virtualaz.org bildirir ki, bunu “Rossiya 1” televiziyasında çıxışı zamanı Rusiya Liberal Demokratik Partiyasının (RLDP) sədri Vladimir Jirinovski deyib.
“Bu, sonuncu seçkilər idi. 2024-cü ildə orda heç bir seçki olmayacaq. Ukrayna adlı dövlət də qalmayacaq. Siz Yaxın Şərqdəki situasiyanı nəzərə alırsınız. Orada elə hadisələr başlayacaq ki, hər kəs Ukraynanı unudacaq. Hər şey III Dünya müharibəsinə doğru gedir. İran Vyetnam, Şimali Koreya və Kosova deyil”, - Jirinovski bildirib.
Onun fikrincə, "keçmiş Ukrayna" ərazisində Yaxın Şərq ölkələrindən gələn qaçqınlar məskunlaşdırılacaq, bu işə Avropa, Rusiya və Türkiyə fəal kömək edəcəklər. Bu baxımdan, Jirinovski Rusiyaya loyal bütün vətəndaşlara artıq bu gün Rusiya Federasiyasına köçməyi təklif edib.
"Burada sakit yaşamaq, işləmək imkanı var. Orada isə — məsələni FHN ayırd edəcək. Bu, Ukraynaya kömək edə biləcəyimiz yeganə şeydir", - deyə RLDP lideri vurğulayıb.
Virtualaz.org
Paylaş: