Xəbər lenti
21-11-2020, 11:34


Rəsmi Pekin birtərəfli siyasi fəaliyyətə və beynəlxalq münasibətlərdə proteksionizmə qarşı Moskva ilə çiyin-çiyinə mübarizə aparmağa hazırdır.

“Report” xəbər verir ki, bunu Çin Xarici İşlər naziri Vanq Yi rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı zamanı deyib.

Nazirlər ən yüksək səviyyədə siyasi təmasların cədvəlini, Orta Asiya bölgəsindəki vəziyyəti və İranın “nüvə razılaşması” ətrafında mövcud durumu müzakirə ediblər.

Vanq Yinin sözlərinə görə, hər iki ölkə qarşılıqlı əlaqəni və koordinasiyanı daha da gücləndirməli, üstünlüklərindən maksimum dərəcədə istifadə edərək regional ölkələrə koronavirus pandemiyası ilə mübarizədə, sabitliyin qorunması və iqtisadiyyatın bərpası kimi aktual məsələlərin həllində kömək etməlidirlər.



Ana səhifəyə qayıt        Baxış: 2 609          Tarix: 19-11-2020, 09:18      


Paylaş: