Xəbər lenti


Rusiya xarici işlər naziri Sergey Lavrov və onun ermənistanlı həmkarı Zöhrab Mnatsakanyan arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə məlumatı Ermənistan Xarici İşlər Nazirliyi verib.

“Zöhrab Mnatsakanyan və Sergey Lavrov iyul döyüşlərindən sonra regional hadisələri və bu çərçivədə Dağlıq Qarabağ sülh prosesi ətrafında vəziyyəti müzakirə ediblər.

Nazir Mnatsakanyan bölgədə sülhün, sabitliyin və təhlükəsizliyin qorunmasına yönəlmiş Ermənistan-Rusiya əməkdaşlığının vacibliyini vurğulayib”, - məlumatda bildirilib.





Ana səhifəyə qayıt        Baxış: 2 985          Tarix: 26-08-2020, 16:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma