Xəbər lenti
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
24-11-2024, 15:58
24-11-2024, 14:34
Ermənistanda Baş prokurorluğun binası qarşısında “Milli gündəm” partiyasının nümayəndələri baş nazir Nikol Paşinyana qarşı etiraz aksiyası keçirib. Onlar Paşinyana xəyanət ittihamı ilə cinayət işinin başlanmasını tələb ediblər.
Azvision.az xəbər verir ki, partiyanın lideri Ara Akopyan müharibə ilə bağlı bir çox sualların olduğunu deyib.
“Niyə bütün mobil resurslardan istifadə edilmədi, generalların niyə döyüş əməliyyatlarında iştirakına icazə verilmədi, niyə bütün növ silahlardan istifadə olunmadı, qarşı tərəf əraziləri tutdu. Prokurorluq bütün suallara cavab verməlidir. Cinayət işi başlatmağa borclu olan prokurorluq Paşinyana xidmət etməyə davam edir”.
O, dövlətçiliyin və ölkənin ciddi təhlükə ilə üzləşdiyini bildirib. Akopyanın sözlərinə görə, ölkənin və vətəndaşların taleyi ilə bağlı qərarlar digər dövlətlər tərəfindən verilir.
Erməni siyasətçi hesab edir ki, parlamentdə baş nazirin impiçmenti prosesini başlatmaq, eyni zamanda böhran hökuməti yaratmaq lazımdır. Yeni hökumət üçtərəfli razılaşmanı erməni tərəfi üçün maksimum faydalı etməlidir.
"Paşinyan - utancverici təslim sənədini imzalayan, xalqı və ölkəni təmsil edə bilməyən məğlub baş nazirdir. O təhlükəsizlik zəmanəti gözləyir, amma kimdən, bəlkə də xarici tərəfdaşlardan bəlli deyil. Biz ona izacə verənə qədər hakimiyyətdə qalacaq, buna görə də ictimai təzyiqləri artırmalıyıq”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar