Terrorçu İŞİD qruplaşması Əfqanıstanın şimalında Türkmənistanla sərhəddə yerləşən Cauzcan əyalətinin Derzabe rayonunu ələ keçirib.
“Report” “CA-NEWS”a istinadən xəbər verir ki, bunu əyalətin Regional Şurasının deputatları bildirib.
Məlumata görə, minlərlə ailə öz evini tərk etməyə məcbur olub. Bundan əvvəl terrorçular Derzabe və Qoşdepe kəndlərini ələ keçirmişdilər.
Cauzcan əyaləti Polis İdarəsinin rəisi Rəhmətullah Türküstani isə rayonda Əfqanıstan ordusu ilə terrorçular arasında şiddətli döyüşlərin getdiyini, İŞİD-in Derzabeni tam ələ keçirmədiyini bildirib.
Couzcan əyaləti administrasiyasının mətbuat katibi Məhəmməd Qapur bildirib ki, döyüşlərdə İŞİD sıralarına qoşulan Özbəkistan əsilli silahlılar iştirak edir: “Özbəkistan İslam Hərəkatı”nın silahlıları öz ailələri ilə birlikdə əyalətdə, eləcə də Derzabe və Qoşdepedə yerləşiblər”.
Qeyd edək ki, Couzcannın əhalisinin 70 faizi etnik türkmənlərdir. Derzap və Qodepedə isə etnik özbəklər üstünlük təşkil edir. Əyalətin 10 rayonundan 3-ü Türkmənistanla sərhəddə yerləşir.
Paylaş: