Mançesterdə törədilən terrorun məsuliyyətinin terrorçu İŞİD qruplaşması üzərinə götürüb.
“Report” TASSa istinadən xəbər verir ki, bu haqda terrorçu qruplaşma video –çarx yayıb.
İnformasiyaya əsasən, Böyük Mançesterin polis idarəsinin nümayəndəsi İen Hopkins bildirib ki, partlayışı terrorçu-kamikadze təkbaşına törədib. Onun sözlərinə görə, terrorçu hadisə yerində ölüb: “Terrorçu təkbaşına fəaliyyət göstərib. Onun əlaltısının olub-olmaması araşdırılır. Terroru törədən kişi özü ilə birlikdə əldə qayırma partlayıcı qurğu gətirib və onu hadisə yerində işə salıb”.
Qeyd edək ki, mayın 23-də gecə saatlarında Britaniyanın Mançester şəhərində amerikalı müğənni Ariana Qrandenin konsertində törədilən terror aksiyası nəticəsində 22 nəfər ölüb, 59 nəfər isə yaralanıb.