Xəbər lenti

Rusiya İsrail və HƏMAS arasında razılaşmanın ikinci mərhələsinin həyata keçirilməsində problemlərin olması barədə siqnallar alır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Valday" klubunun XIV Yaxın Şərq konfransında bildirib.

"Artıq indi ikinci mərhələ ilə bağlı problemlərin başladığına dair siqnallar alırıq. Çünki İsrailin hakim dairələrindən belə mesajlar gəlir ki, HƏMAS birinci mərhələdə öz öhdəliklərini yerinə yetirməyib, ona görə də heç nəyi istisna etmirik", - nazir qeyd edib.

O əlavə edib ki, eyni zamanda İsrail İordan çayının Qərb sahilində hərbi əməliyyatları davam etdirir.




Ana səhifəyə qayıt        Baxış: 1 863          Tarix: Bu gün, 16:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma