Xəbər lenti

Şimali Koreyanın sərbəst buraxdığı amerikalı tələbədə xəstəlik tapılıb. 
ABŞ həkimləri Şimali Koreyada  2016-cı ilin yanvarından  bu yana həbsdə qalan, yalnız ötən   həftə sərbəst buraxılan  Otto Varmbierin səhhətinin ağır  olduğunu açıqlayıblar. Xəstə sərbəst buraxılsa da, hazırda koma vəziyyətindədir. Otto Varmbierin ailəsi oğullarından 15 ay xəbər almadıqlarını söyləyib.
Moderator.az xəbər verir ki, Şimali Koreya diktatorunun uzun müddətdən sonra sərbəst buraxdığı gəncin sonradan koma vəziyyətinə düşməsi hamıda təəccüb yaradıb. İlkin müayinədən sonra məlum olub ki,  22 yaşlı Otto əsirlikdə olarkən bakterioloji zəhərlənməyə məruz qalıb.  Vətənə qayıtdıqdan sonra isə ilk işi yuxu dərmanı ataraq yatmaq istəməsi olub. Elə həmin həbdən sonra koma vəziyyətinə düşüb.  
Xəstənin həkimi Dr. Kanter, onun  danışılanları anlamadığını və böyük nisbətdə beyin toxuması itkisinə məruz qaldığını bildirir.  Həmçinin, onda anidən ürək döyüntülərinin dayanması halları da yaşana bilər. 
Həkimlər Ottonun hər hansı fiziki zorakılığa məruz qalmadığını  vurğulayıb. Lakin zərərçəkmişin atası bununla razı olmadığını bildirib. 

 




Ana səhifəyə qayıt        Baxış: 835          Tarix: 22-06-2017, 13:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma