Xəbər lenti

Avropa Komissiyasının (AK) Prezidenti Ursula fon der Lyayen Avropadakı ABŞ hərbi kontingentinin sayının azaldılması ilə bağlı narahatlıqlar səbəbindən Vaşinqtonla rüsumlar üzrə əlverişsiz sövdələşməyə razı olub.

Oxu.Az xəbər verir ki, bu barədə "The Sunday Times" qəzeti Brüsseldə yerləşən "Bruegel" analitik mərkəzinin baş elmi işçisi Ceykob Kyerkeqora istinadən məlumat yayıb.

"Hər kəs etiraf edir ki, ticarət baxımından bu, Avropa üçün dəhşətli sövdələşmə idi. Amma əgər siz məsuliyyətli lidersinizsə, NATO-nun aparıcı hərbi qüvvəsini, yəni Trampın ABŞ-sini öz tərəfinizdə saxlamaqdan başqa seçiminiz yoxdur", - deyə ekspert bildirib.

Məqalədə vurğulanır ki, fon der Lyayen Vaşinqtonun rüsumların tətbiqi ilə bağlı hədələrinə sərt cavab tədbirləri hazırlayırdı, lakin sonra Şotlandiyada Trampla son görüşü zamanı sövdələşməyə razılıq verərək geri addım atıb.

"The Times" bunun qismən Avropa biznesini qorumaq üçün, həm də ABŞ prezidentinin Ukraynaya hərbi dəstəyi kəsmək və ya Avropa təhlükəsizliyinə zərər vermək üçün bundan bəhanə kimi istifadə edəcəyi qorxusundan edildiyini bildirib.




Ana səhifəyə qayıt        Baxış: 3 808          Tarix: Bu gün, 17:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma