Xəbər lenti
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
23-11-2024, 21:43
23-11-2024, 20:29
23-11-2024, 19:31
23-11-2024, 16:10
23-11-2024, 14:55
23-11-2024, 13:38
23-11-2024, 12:14
İranın ABŞ sanksiyalarını gizli şəkildə yarmaq cəhdlərinin qarşısı İsrail hərbi donanması tərəfindən alınır.
Ovqat.com xəbər verir ki, ABŞ-ın “Wall Street Journal” nəşri təkcə ötən həftə İsrailin 12 İran gəmisinə zərbə edirdiyini yazıb.
İsrailin kəşfiyyat orqanları isə nəşrdə dərc edilən rəqəmin “aysberqin yalnız görünən tərəfi” olduğunu bildirirlər. İddialara görə, İran gəmilərinə hücumlar deyiləndən dəfələrlə çox olub. Mənbələrə inansaq, İsrail Suriyadakı hədəflərə hava hücumları ilə müqayisədə açıq dənizlərdə İran gəmilərinə daha çox sayda zərbələr endirir. Ancaq həm Tehran, həm də Tel-əviv bu barədə məlumat vermək istəmirlər.
Bildirilir ki, tərəflər arasında bu hücumları ictimailəşdirməmək barədə şifahi razılıq əldə olunub. Zira İsrail üçün bunun təbliğati yönündən daha çox hədəfə çatmaq maraqlıdır. İran isə ABŞ-ın bu ölkəyə tətbiq etdiyi sanksiyaları gizli şəkildə pozduğunu gizlətməyə və öz üzərinə əlavə təzyiqləri çəkməməyə səy göstərir. Tehran bu hücumlar barədə səsini çıxarsa, həm başda ABŞ olmaqla Qərb dövlətlərinə cavab verməli, həm də beynəlxalq prosedurları pozduğunu etiraf etməlidir. İki düşmən ölkənin nəticə etibarilə bir məxrəcdə birləşən maraqları açıq dənizlərdə hücuma məruz qalan gəmilərin həqiqi sayının gizli tutulması ilə nəticələnir.
Mənbələr İsrail hücumlarının gizli qalmasının bir başqa səbəbini insan həyatı faktoru ilə əlaqələndirirlər. Bu fikrə əsasən, Suriyadakı İran bazalarında hədəf əsgərləri məhv etmək olduğundan İsrail hücumları gizlətmir. İran da öz növbəsində hücumda öldürülən könüllülərin ailələrindən bu faktı gizli tuta bilməyəcəyindən məlumatı yaymaq məcburiyyətində qalır. Açıq dənizlərdə isə vəziyyət fərqlidir. İran gəmilərinə hücumlarda Tel-əviv beynəlxalq təpkilərə yol açmamaq üçün çevrəyə və insan həyatına zərər vurmamağa özən göstərir.
“Bu hücumlarda insan itkisi olmur. Çünki İsrail dəniz komandoları bu gəmiləri batırmağa çalışmırlar. Sadəcə, Hizbullah və digər İran dəstəkli könüllülərin fəaliyyətini maliyyələşdirməsinin qarşısını almaq üçün gəmilərin fəaliyyətini pozmağa və sahiblərinə milyardlarla dollar dəyərində maddi ziyan vurmağa səy göstərirlər”, - “Şərqül-əvsat” nəşri İsrail kəşfiyyat orqanlarına istinadən belə yazır.
Nəşrin iddiasına görə, İsrailin bütün hücumları Qərblə koordinasiyalı şəkildə həyata keçirilir.
“Şərqül-əvsat” onu da iddia edir ki, Tehran da İsrail hücumlarına cavab verməyə can atır: “İran, İsrailin həyata keçirdiyi hücumlara cavab verə biləcəyini göstərmək üçün ötən ayın sonunda Umman Körfəzindəki İsrail gəmisini bombalamışdı”.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar