Xəbər lenti

  

“ABŞ bu gün İsrail sərhədində gərginliyin artmasından dolayı dərin narahatlıq duyur, İsrailin suverenliyini və özünümüdafiə haqqını güclü bir şəkildə dəstəkləyir".

Ovqat.com xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauertin bu gün yaydığı bəyanatda belə deyilir.

İsrail hərbi təyyarəsinin Suriya tərəfindən vurulmasına həsr olunmuş bəyanatda sözçü daha sonra bildirir:

“İranın məqsədli şəkildə təhlükəli vəziyyəti artırması, bölgədə gücünü və hegemonluğunu yayma layihələri Yəməndən Livana qədər coğrafiyadakı bütün xalqları riskə atır. ABŞ İranın məkrli səylərini, regionda sülh və sabitliyi təhdid edən mövqeyini geri püskürtməyə davam edəcəkdir".

İlk baxışdan ABŞ-ın, İsrail təyyarəsini vuran Suriyanın əvəzinə İrana yüklənməsi qəribə görünsə də, təsadüfi deyil. Zira İsrailin bildirdiyinə görə, o, vurulan təyyarəsini İran qüvələrini zərərsizləşdirmək üçün Suriyaya göndəribmiş. Belə ki, İrana aid olduğu bildirilən bir insansız hava aparatı (İHA) Suriyadan qalxaraq İsrail hava məkanını pozmuş, Tel-əviv də buna  cavab olaraq sərhəddəki İran qüvvələrini hava hücumu ilə cəzalandırmaq fikrinə düşmüşdür. Onun bu təşəbbüsünə zərbə isə Suriyanın havadan müdafiə sistemlərindən gəlmiş, İsrail F-16-larından ən azı biri vurulmuşdur.

ABŞ-ın bu təhdidindən əvvəl isə İranın İslam İnqilabı Keşikçiləri korpusunun komandir müavini Vaşinqtona sərt mesajlar göndərmişdi. "Bu gün durduğumuz bu nöqtədən ABŞ-ın regiondakı bütün bazalarını məhv edəcək vəziyyətdəyik. Sionistlər (İsrail) üçün bölgəni cəhənnəmə çevirə bilərik”




Ana səhifəyə qayıt        Baxış: 960          Tarix: 11-02-2018, 01:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma