Xəbər lenti
  
 
Ukrayna Silahlı Qüvvələri hava hücumlarından müdafiə sistemlərini Donbassa bağlı Kramatorsk yaxınlığında yerləşdirib.
 
Ovqat.com-un Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bu texnikalar arasında qısamənzilli komplekslərlə yanaşı, S-300 sistemləri də yer alır.
 
Ukraynanın, cəbhə xəttində öz müdafiə imkanlarını gücləndirməsi bir müddət əvvəl Luqansk və Donetsk “respublika”larının Rusiyadan Toçka və Toçka-U taktiki raket sistemlərini alması xəbərləri fonunda təsadüfi görünmür. Belə anlaşılır ki, Kiyev şərqdən gələ biləcək təhlükələrə hazırlaşır.
 
Bir neçə gün əvvəl Ukraynanın Kramatorsk yaxınlığındakı hərbi bazalarına döyüş aviasiyası göndərdiyi də xəbər verilirdi. Xüsusilə Ukraynanın hərbi arsenaldakı çoxsaylı “Bayraktar TB2” PUA-ları bölgəyə göndərilmişdi.
 
Ovqat.com
 
 


Ana səhifəyə qayıt        Baxış: 3 505          Tarix: 28-03-2021, 21:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma