Xəbər lenti

 
Rusiyanın işğalçı qüvvələri Donbasdakı atəş rejimini üç dəfə pozdu. Ukraynalı əsgərləri arasında itki yoxdur.
 
Ovqat.com xəbər verir ki, məlumatı Ukrayna Müdafiə Nazirliyinin nümayəndəsi Yuliya Şevçenko bu gün keçirdiyi brifinqdə deyib.
 
Onun sözlərinə görə, bu gün gecədən günorta saat 12: 00-a qədər təmas xəttində Rusiya Federasiyasının silahlı birləşmələri tərəfindən atəşkəs rejimi 3 dəfə pozulub. Ukrayna ordusunun şəxsi heyəti arasında heç bir itki olmayıb" - deyə Müdafiə Nazirliyinin nümayəndəsi bildirib.
 
 Şevçenkonun iddiasına görə, gecə Donetskin Avdeevka qəsəbəsi ərazisində rus ordusu qumbaraatan, böyük çaplı pulemyot və digər atıcı silahlardan Ukrayna əsgərlərinə atəş açıb. Səhər yenidən rus ordusu Ukrayna silahlı qüvvələrini qumbaraatan atəşləri ilə döyüşə təhrik edib.
 
 
Bundan əlavə, “günorta saatlarında “işğal qoşunları” Luqansk istiqamətində, bir tank əleyhinə qumbaralardan Şumi yaxınlığındakı Ukrayna mövqelərinə atəş açıblar”.
 
Ötən gün Ukraynanın Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının sədri Aleksey Danilovun "Fokus"jurnalına müsahibəsində dilə gətirdiyi bəzi fikirlər də ölkənin öz ərazi bütövlüyü uğrunda döyüşə hazırlaşdığı ehtimalını qüvvətləndirir. Danilovun sözlərə görə, rəhbərlik etdiyi qurum Donbassda müharibə ilə bağlı yeni qərar hazırlayır.
 
"7 dekabr 2019-cu il tarixdə Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclası keçirildi, burada Donbassdakı vəziyyətin inkişafı ilə bağlı beş variant qəbul edildi. Sizə bir sirri açacağam: Donetsk və Luqansk bölgələrindəki vəziyyətlə bağlı MTMŞ-nın qərarı hazırlanır".
 
Donetskidə rus hərbi hissələrinin bu açıqlamadan sonra atəşkəsi pozması diqqətçəkicidir.
 
Qeyd edək ki, Ukraynanın Donbass probleminin həllində zamanı getdikcə Kiyevin əleyhinə daralır. Ötən il Rusiya və Ukrayna rəsmilərinin əldə etdikləri razılaşmaya görə, problemin diplomatik və sülh yoluyla həllini nəzərdə tutan “A planı”nın müddəti dekabrın 9-da bitəcək. Ukrayna bu zamanadək ya Donbassa siyasi status verməli, ya da ərazi bütövlüyü uğrunda mübarizəyə başlamalıdır.
 
Təsdiqlənməmiş bəzi məlumatlara görə, Ukrayna ordusu artıq Rusiyanın “işğal güclərinə” adekvat cavab verib. 
 
Xəbər dəqiqləşdirilir.



Ana səhifəyə qayıt        Baxış: 4 808          Tarix: 27-11-2020, 23:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma