Xəbər lenti

  

İspaniya “Sülh bulağı” əməliyyatını əsas gətirib Türkiyədəki Patriot havadan müdafiə sistemlərini çıxarmaq haqqında düşünür.

Ovqat.com xəbər verir ki, İspaniya Xarici İşlər Nazirliyinin yerli mətbu orqanlara rəsmi açıqlamasından belə çıxır.

Nazirlikdən “Pais” qəzetinə verilən məlumata görə, Türkiyənin Şimali Suriyaya hərbi müdaxiləsindən sonra Madrid Adanaya yerləşdirdiyi “Patriot”larını burda saxlamaq zamanının uzadılmasının mənasız olduğu qənaətindədir.

Qeyd edək ki, bir müddət əvvəl İspaniya Müdafiə Nazirliyinin sözçüsü Marqarita Robles də bənzər bəyanatla çıxış etmişdi. Xanım hərbçi İspaniyanın yalnız sülpərvər əməliyyatlarda iştirak etdiyini xatırladaraq demişdi:

“Əgər hərbi gərginliklər milli maraqlarımızı təhdid edəcək risklər səviyyəsinə çıxarsa, Türkiyədəki Patriotlarla bağlı məsələni NATO-da gündəmə gətirəcəyik".

Xatırladaq ki, Türkiyə ilə Rusiya arasında məşhur təyyarə böhranı yaşandığı 2015-ci ilə qədər Adanada Hollandiya “Patriot”ları yerləşdirilmişdi. Təyyarə böhranı çıxanda Hollandiya Türkiyə ilə bağlanmış müqavilənin sona çatdığını bəhanə gətirərək, öz havadan müdafiə sistemlərini bu ölkədən çıxartdı. Ankara ən çətin anında təkləndiyi təkləndiyi bir zamanda sürpriz dəstək İspaniyadan gəldi. 2015-ci ildə Hollandiyadan bu hərbi vəzifəni dövr alan ispan “Patriot"ları 4 ildir ki, NATO-nun ən güclü aviabazalarından olan İncirlik hərbi aeroportunun da yer aldığı bölgəni hava hücumlarından qoruyur. Hər il iki dövlət arasında yenilənən hərbi müqavilə ən son 17.06.2019 tarixində imzalanmışdı. Müqaviləyə əsasən ispan “Patriot”larının vəzifə müddəti bu ilin dekabrında sona çatır.

Dərd burasındadır ki, ABŞ bu havadan müdafiə sistemlərini Türkiyəyə satmaq da istəmir. NATO-dakı müttəfiqlərinin bu riyakar mövqeləri Türkiyənin rus S-400 silahlarına meyllənməsinin əsas səbəbidir.




Ana səhifəyə qayıt        Baxış: 488          Tarix: 11-10-2019, 11:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma