Xəbər lenti
Belarus Prezidenti Aleksandr Lukaşenko xaricdəki diplomatik nümayəndəliklərin sayını optimallaşdırmaq istəyir.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Lukaşenko xarici siyasətlə bağlı iclasda bəyan edib.

“Təbii ki, dünya sürətlə dəyişir, Xarici İşlər Nazirliyi də daxil olmaqla bütün sahələrdə mövcud resursları adekvat uyğunlaşdırmalı və səriştəli şəkildə idarə etməliyik”, - deyə Lukaşenko əlavə edib.

Onun fikrincə, ortaya çıxan təhdidlər fonunda yeni imkanlar yaranır. Qələbəni rəqabət fonunda onlardan yararlana biləcək tərəf qazanacaq.

"Bir sıra ölkələrdə uzunmüddətli təcrübəmiz göstərir ki, Belarus diplomatik varlığının perspektivləri görünmür. Belarus niyə yumşaq desək, fasilə verilmiş istiqamətlərdə tam ştat diplomat heyətinə malik olsun? Bu məsələdə Litva və Polşa ilə olduğu kimi qarşılıqlı əlaqə əsasında çalışmaq lazımdır".



Ana səhifəyə qayıt        Baxış: 2 941          Tarix: 6-04-2021, 20:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma