Xəbər lenti


Kiyev Müxalif Platforması – Həyat üçün Partiyasının sədri Viktor Medvedçukla Rusiyada həbsdə olan ukraynalıları dəyişdirə bilər.

Axar.az xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.

“Bu qərarı Ukrayna prezidenti qəbul edib. Mən düşünürəm ki, əgər bu imkan olsa, biz könüllü şəkildə bunu edərik”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə Viktor Medvedçuk ölkəyə xəyanətdə şübhəli bilinərək, ev dustaqlığına məhkum edilib.

Medvedçuk Rusiya Prezidenti Vladimir Putinin qızının xaç atasıdır.



Ana səhifəyə qayıt        Baxış: 3 449          Tarix: 15-05-2021, 23:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma