Xəbər lenti


Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının fiziki və hüquqi şəxslərə qarşı sanksiyalarını dəstəkləyirəm.

Axar.az xəbər verir ki, bu sözləri Ukraynanın sabiq prezidenti, Donbasla bağlı üçtərəfli təmas qrupundakı Ukrayna nümayəndə heyətinin rəhbəri Leonid Kravçuk deyib.

“Müharibə aparan ölkədə güzəşt olmamalıdır. Xalqın müstəqillik mübarizəsinə xələl gətirən şəxs ola bilməz. Mən yalnız Ukrayna MTMŞ-in deyil, eyni zamanda Ali Radanın da, Prezidentin də real və konkret addımlarını dəstəkləyirəm. Real müharibə gedir. Gücə güclə cavab veririk”, - deyə Kravçuk bildirib.

Qeyd edək ki, Ukrayna MTMŞ 19 hüquqi və 8 fiziki şəxsə sanksiya tətbiq edib. Sanksiyaya məruz qalanlar arasında “Müxalif platforma – Həyat üçün” partiyasının sədri Viktor Medvedçuk və onun həyat yoldaşı Oksana Marçenko da var.



Ana səhifəyə qayıt        Baxış: 3 237          Tarix: 20-02-2021, 10:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma