Xəbər lenti
Dünən, 19:25
Dünən, 18:39
Dünən, 16:30
Dünən, 14:00
Dünən, 12:33
Dünən, 12:17
Dünən, 10:55
26-11-2024, 23:32
26-11-2024, 23:14
26-11-2024, 22:58
26-11-2024, 21:42
26-11-2024, 19:19
26-11-2024, 18:37
26-11-2024, 18:17
Birləşmiş Ştatların tənzimləyici orqanları immun sistemi zəif olanlara koronavirusdan daha yaxşı qorumaq üçün vaksinin əlavə dozasını vurmağa icazə verib. Ərzaq və Dərman Agentliyinin (FDA) avqustun 12-də yaydığı bu açıqlama milyonlarla amerikalını əhatələyir. Onlar əsasən orqan transplantasiyası keçirənlər, müəyyən növ xərçəng və digər xəstəliyi olanlardır. Fransa və İsrail daxil bir sıra digər ölkələr də əhali üçün oxşar tövsiyələr veriblər.
“Məqsəd ən zəiflərimizi COVID-19-dan qorumaqdır”, – Xəstəliklərə Nəzarət və qarşısının Alınması Mərkəzlərinin direktoru Roçel Valenski deyib.
Yüksək risk qrupları ABŞ-da böyüklərin təxminən 3 faizini təşkil edir və buster dozası yalnız onlara aiddir, ümumi əhaliyə deyil. ABŞ səhiyyə rəsmiləri peyvənd olunanların immunitetinin zəifləməsi məsələsini monitorinq edir. İndilik vaksinlərin ümumi əhalidə möhkəm qorumanı təmin etdiyi bildirilir. Bu arada "Delta" ştammı Birləşmiş Ştatlarda və dünyanın digər yerlərində yayılmaqdadır. Bəzi ştatlarda yeni yoluxmalarda və hospitalizasiyada son ayların ən yüksək göstəricisi qeydə alınır. Artıq San Fransiskoda restoranlara, barlara, idman zallarına giriş üçün vaksinasiyaya dəlil istəyir. Bu qaydanın səhiyyə işçiləri, müştərilər və ümumilikdə şəhəri qorumaq üçün vacib olduğu bildirilir.
Rusiyada avqustun 12-də koronavirusdan rekord sayda – 808 ölüm qeydə alınıb. Yeni yoluxmalarda azalmaya baxmayaraq ölkədə ölü sayı yüksək qalır. "Delta" ştammı Rusiyada da sürətlə yayılır. 146 milyonluq əhalinin yalnız 27 faizinə vaksinin azı bir dozasının vurulduğu deyilir.
Artıq bir ildir Rusiya istehsalı "Sputnik V" vurulmağa başlayıb, amma onunla bağlı genişmiqyaslı skeptisizim vaksinasiyanın miqyasını azaldıb.
Argentina avqustun 12-dən "Sputnik V"-ni istehsal edərək yaymağa başlayacağını açıqlayıb. Argentinada yaşı əsasən 60-dan yuxarı 6 milyondan çox şəxsə "Sputnik V"-nin azı bir dozası vurulub. Hökumət bu yaxınlarda ikinci doza kimi “AstraZeneca” və “Moderna” vaksinlərinin də vurula biləcəyini açıqlayıb.
Avstraliyada da "Delta" ştammı sürətlə yayılmaqdadır. Avqustun 13-də ən sıx məskunlaşmış Nyu Saus Uels vilayətində rekord 390 yoluxma aşkarlanıb. Ştatın paytaxtı, Avstraliyanın ən böyük şəhəri Sidneydə iyunun 26-dan lokdaun elan olunub. (azadliq.org)
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar