Xəbər lenti
Bu gün, 11:22
Bu gün, 11:00
Dünən, 19:25
Dünən, 18:39
Dünən, 16:30
Dünən, 14:00
Dünən, 12:33
Dünən, 12:17
Dünən, 10:55
26-11-2024, 23:32
26-11-2024, 23:14
26-11-2024, 22:58
26-11-2024, 21:42
26-11-2024, 19:19
İnfeksionist: “Ölkəmizdə xeyli sayda insan vaksin olunduğu üçün bu ştamm bizim üçün qorxulu olmayacaq”
Həkimlərin qorxunc “Delta” (Hindistan) mutasiyasi ilə bağlı xəbərdarlıqları davam edir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə bu ştammla bağlı son açıqlamasında bildirib ki, bəzi ölkələrdə koronavirusun variantlarının müəyyənləşdirilməsi imkanları məhdud olduğu üçün “Delta” variantının mövcud olduğu dövlətlərin sayının daha çox olması istisna deyil.Həmçinin qeyd edilib ki, bir sıra ölkələr yoluxma və xəstəxanaya yerləşdirmə hallarının artımının səbəbini “Delta” ştamının mövcud olması ilə izah edirlər.
Təşkilatın ekspertləri proqnozlaşdırırlar ki, koronavirusun bu variantının, onun daha yüksək yoluxma qabiliyyəti nəzərə alınmaqla, yaxın aylarda SARS-CoV-2-nin digər variantlarını sürətlə aşması və dominant varianta çevrilməsi gözlənilir.
Artıq qonşu Türkiyə, Gürcüstan və Rusiyada, həmçinin İranda (ümumilikdə 96 ölkədə) bu ştamm yayılıb. Bir sözlə, yeni qorxulu ştamm Azərbaycan sərhədlərinə qədər gəlib çatıb. Hazırda ölkəmizin hava sərhədləri açıqdır, ölkəmizə müxtəlif ölkələrdən turistlər gəlir, eləcə də bir çox ölkələr turizm mövsümünə start verdiyi üçün Azərbaycandan da xeyli sayda turist müxtəlif ölkələrə səfərlərə gedir. Mütəxəssislər adıçəkilən ştammın tezliklə ölkəmizdə də aşkarlana biləcəyini deyir.
Qeyd edək ki, həkimər “Delta” ştammının digər ştammlardan daha təhlükəli olduğunu bildirsələr də, peyvənd olunanlar və ya koronavirus keçirənlər üçün o qədər qorxulu olmadığını iddia edirlər. Yəni immunitet məsələsi bu ştammda da keçərlidir.
Azərbaycanda isə peyvəndləmə prosesi kifayət qədər yaxşı gedir. Bəs “Delta” ştammı ölkəmizə gələnə kimi bizdə peyvəndləmə yekunlaşa və kollektiv immunitet yarana bilərmi?
Nazxanım Qasımova
Bu və digər məsələlərlə bağlı tanınmış infeksionist Nazxanım Qasımova “Yeni Müsavat”a danışıb: “Təkcə ”Delta" deyil, hazırda dünyada koronavirusun bir neçə ştammı yayılıb. “Delta” ştammı isə bu günə qədər 90-dan çox ölkədə aşkar edilib. Təhlükəsi ondan ibarətdir ki, sürətli yoluxma qabiliyyətinə malikdir, tez bir zamanda xəstənin vəziyyətini ağırlaşdıra bilir. Qeyd edim ki, hazırda dünyada olan vaksinlər bu ştamma qarşı da dözümlüdür. Araşdırmalar onu göstərir ki, “Delta” vaksin olunmayan şəxslər arasında daha sürətlə yayılır. Ümumdünya Səhiyyə Təşkilatı da açıqlama yayaraq bildirib ki, koronavirusa yoluxub sağalmış və yaxud vaksin olunan şəxslərdə “Delta” ştammı hələ ki aşkar edilməyib.
Əlbəttə ki, ətraf qonşuluğumuzda olan ölkələrdə bu ştamm aşkar edilibsə, ehtimal ki, bizim ölkəmizə də gəlib çıxacaq. Hesab edirəm ki, ölkəmizdə xeyli sayda insan vaksin olunduğu üçün bu ştamm bizim üçün qorxulu olmayacaq. Ona görə də tövsiyə olunur ki, vaksin olunmayanlar tez bir zamanda vaksinasiya prosesindən keçsinlər. Ən çox tövsiyə olunan da budur. Çünki hazırda ölkələrlə hava sərhədlərimiz açıqdır, turizm sektoru yenicə canlanmağa başlayıb. Belə vəziyyətdə bu ştammdan qaçış qeyri-mümkündür. Yalnız və yalnız vaksin olunmaq, tələb olunan qaydalara riayət etmək lazımdır".
Xalidə GƏRAY,
“Yeni Müsavat”
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar