Xəbər lenti

Polşa Belarusla sərhəddə 2,5 metrlik hasar çəkəcək.

"Report" xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Marius Blaszkak tviterdə yazıb.

Sərhəd xidmətinə kömək üçün əlavə hərbçilər cəlb olunacaq.

Qeyd edək ki, qaçqın axını dayanmadığı üçün Polşa hakimiyyəti daha əvvəl Belarus ilə sərhədi gücləndirmək üçün tədbirlər görmüşdü. İlin əvvəlindən Polşa sərhədçiləri qonşu respublikadan ölkəyə daxil olmaq istəyən 870-dən çox qanunsuz miqrantı saxlayıb. Eyni zamanda il ərzində 122 qanun pozucusu saxlanılıb.



Ana səhifəyə qayıt        Baxış: 2 793          Tarix: 23-08-2021, 19:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma