Xəbər lenti


Polşanın Milli Müdafiə Nazirliyi ABŞ-ın beşinci nəsil “F-35A” qırıcı-bombardmançılarını Rusiya və Belarus yaxınlığında yerləşdirməkdən imtina edib.

APA yerli “defence24” nəşrinə istinadən xəbər verir ki, rəsmi Varşava son model qırıcıların Rusiya və Belarus sərhədləri yaxınlığında yerləşdirilməsinin, ilk növbədə Polşa Hərbi Hava Qüvvələri üçün təhlükəli olduğundan ehtiyat edir.

Qeyd edək ki, Polşa ilkin mərhələdə “F-35”lərin Rusiyanın Kalininqrad vilayətindən 80 km və Belarusun Minsk-Mazovetski, Brest əyalətindən 160 km məsafədə olan Malborkda yerləşdirilməsini planlaşdırsa da, sonda bu fikrdən imtina edib.

Nəşrin bildirdiyinə görə, Polşa hərbçiləri belə bir məsafədə “F-35A” qırıcıların yerləşdiriləcəyi məkanın ruslar üçün məlumat mənbəyinə çevriləcəyini başa düşüblər.

Polşalıların fikrincə, qarşı tərəf "görünməz uçaq”ların radar və infraqırmızı siqnallarını öyrənməyə başlamaq fürsətini əldən verməyəcək. Buna görə də sözügedən qırıcıların daha etibarlı ərazidə yerləşdirilməsi nəzərə alınıb .

Varşava “F-35A”ların ölkənin şimal-qərbində - Almaniya ilə sərhədi yaxınlığındakı Svidvin bölgəsində yerləşdirməyi daha münasib hesab edir.

Xatırladırıq ki, ABŞ-ın 32 ədəd “F-35A” modelinin Polşaya 4,6 milyard dollara satılması 2019-cu ilin avqustunda təsdiqlənmişdi.

İlk “F-35A” qırıcılarının 2026-cı ildə Polşa ordusunun arsenalına daxil olmalıdır. Məlumat üçün bildirək ki, hər təyyarənin qiyməti 87 milyon dollardır.



Ana səhifəyə qayıt        Baxış: 2 741          Tarix: 29-07-2020, 06:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma