Xəbər lenti

Uzun illərdir ki, Orta Şərqdə neft-qaz sərvətləri uğrunda müharibələr gedir. Böyük güclər regionu sırf bu üstünlüyünə görə əsrlərdir ki, istila edir, yaxud bunun uğrunda çarpışırlar. Təbii sərvət olan neft bu səbəbdən bəşəriyyətə fəlakət gətirən əsas faktorlardam biri oldu. Bu “üstünlüyünü” hələ də saxlamaqdadır. 
Analitiklər, siyasi beyin mərkəzləri  həyəcan təbili çalaraq, yaxınlarda başlanacaq yeni müharibələrin əsas səbəbi kimi nefti yox, içməli su qaynaqlarını göstərirlər. 
Moderator.az xəbər  verir ki, hələlik, açıq şəkildə olmasa da elə bizə ən yaxın regionda su uğrunda müharibələrin hazırlıq mərhələsinə start verilib.
Növbəti İran-İraq konfliktinin əsas səbəbi elə su olacaq. İran Şimali İraqın su ehtiyacını təmin edən əsas qaynaqlardan birinin-Kiçik Zap anbarının qarşısını kəsməklə bölgədə yeni münaqişənin toxumlarını səpib. Çünki Şimali İraqın kınd təsərrüfatı və məişət xidməti üçün adıçəkilən anbarın rolu çox böyük idi. İraq rəsmiləri məsələ ilə bağlı həyəcan siqnalı səsləndirərək, İranın atdığı addımın kənd təsərrüfatını məhv edəcəyini bəyan ediblər. Konfliktin ikinci mərhələsinə isə İraqın başlayacağı güman edilir. İraq ərazisindən axan Dəclə və Fərat çaylarının qarşısını kəsməklə İranın da  daxil olduğu böyük coğrafiyada su qıtlığının əsasını qoyacaq. Bu isə “neft erası”ndan sonra yeni münaqişələrin – “Böyük su davalarının” yaranmasına səbəb olacaq. 
Hazırda dünyanın siyasi beyin güclərinin bütün diqqəti Türkiyəyə yönəlib. Çünki regionun ən güclülərindən olan qardaş Türkiyə də bu münaqişədə zərər çəkənlər sırasında olacaq.

 




Ana səhifəyə qayıt        Baxış: 952          Tarix: 5-07-2017, 15:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma