Xəbər lenti
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
22-11-2024, 11:23
22-11-2024, 10:54
22-11-2024, 09:27
Polşa-Belarus sərhədlərində vəziyyət getdikcə gərginləşir.
Ovqat.com xəbər verir ki, Polşa Xarici İşlər Nazirliyi Minskin miqrant basqıları ilə bağlı NATO-ya müraciət edə biləcəklərini açıqlayıb.
Məlumata görə, NATO-nun baş katibi Stoltenberq Polşa prezidenti ilə sərhəddəki vəziyyəti müzakirə edib və alyansın Varşava ilə həmrəy olduğunu vurğulayıb.
Hazırda Polşa tərəfinin sərhədə xeyli hərbi qüvvə yığdığı bildirilir. Polşa Daxili İşlər Nazirliyinin məlumatına görə, hazırda sərhəddə 12 min əsgər, 4 min sərhədçi, 1,5 min polis və antiterror bölməsinin 250 əməkdaşı yerləşdirilib.
Polşa həmçinin bildirir ki, sərhəddə eşidilən atışma səsləri qarşı tərəfdən gəlir.
Minsk isə iddia edir ki, Polşa Silahlı Qüvvələrinin hərbi texnikasının qarşıdurma zonasına göndərib.
Polşa da öz növbəsində Belarusun güc strukturlarının sərhəddəki qaçqın düşərgəsinə əlavə qüvvələr gətirdiyini bildirir.
Vəziyyətin getdikcə gərginləşməsinin iki dövlət arasında hərbi qarşıdurmalara qədər varacağı istisna edilmir. Ekspertlərin fikrincə, insident əslində hər iki dövlətə sərf edir. Belarus üçün bu qarşıdurma müharibə şəraiti bəhanə edilərək Rusiyadan alınan kreditlərin ödənişinin uzadılması üçün lazımdır. Polşanın isə qarşılaşdığı qaz böhranının təsirini azaltmaq və Qərbi Avropa ölkələrini də rus təhdidinə qarşı səfərbər etmək üçün miqrant insidenti ələ düşmüş gözəl fürsət ola bilər.
Baltikyanı ölkələr bir müddət əvvəl Belarusla qarşıdurma baş verərsə, Polşanı hər cür dəstəkləyəcəklərini bəyan ediblər. Litva Belarusla sərhəddə artıq fövqəladə vəziyyət rejimi tətbiq edib və qoşunlarını yüksək döyüş hazırlığı vəziyyətinə gətirib. Estoniya və Latviyada da narahatlıq hökm sürür.
Aİ isə Belarusun miqrant təxribatını pisləyib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar