Xəbər lenti
Bu gün, 16:00
Bu gün, 10:33
Bu gün, 09:27
Dünən, 19:12
Dünən, 17:22
Dünən, 16:18
Dünən, 14:51
Dünən, 14:00
Dünən, 10:39
Dünən, 09:48
21-12-2024, 23:25
21-12-2024, 22:54
21-12-2024, 21:47
Əfqanıstanda “Taliban” qüvvələri 15 avqust 2021-ci ildə ölkəni ələ keçirdikdən sonra elan edilmiş amnistiyaya baxmayaraq, yalnız dörd əyalətdə 100-dən çox keçmiş polis və kəşfiyyat zabitini edam edib və ya yoxa çıxarıb.
Bu barədə Human Rights Watch Təşkilatı (HRW) 25 səhifəlik hesabatında qeyd edib. Təşkilat Əfqanıstanda “Taliban” rejimi altında edamlar və məcburi itkin düşmələr, Əfqanıstan Milli Təhlükəsizlik Qüvvələrinin (AMƏQ) 47 keçmiş üzvünün – hərbçilərin, polisin öldürülməsi və ya itkin düşməsini sənədləşdirir.
Human Rights Watch-un Asiya üzrə direktor müavini Patrisia Qossman deyib ki, “Taliban” rəhbərliyinin vəd etdiyi amnistiya, yerli komandirlərin əfqan təhlükəsizlik qüvvələrinin keçmiş üzvlərini birmənalı şəkildə edam etməsinə və ya yoxa çıxarmasına mane olmayıb: “Məsuliyyət “Taliban”ın üzərinə düşür ki, növbəti qətllərin qarşısını alsın, günahkarları cəzalandırsın və qurbanların ailələrinə təzminat ödəsin”.
Təşkilat dörd əyalətdə 40 nəfərlə, daha 27 nəfərlə telefonla, yəni şahidlər, qurbanların qohumları və dostları, keçmiş hökumət rəsmiləri, jurnalistlər, səhiyyə işçiləri və “Taliban” üzvləri ilə görüş keçirib. “Taliban” komandiri deyib ki, vəhşiliklərə görə məsuliyyət daşıyanlar “bağışlana bilməz”.
“Taliban” rəhbərliyi təslim olan təhlükəsizlik qüvvələri bölmələrinin üzvlərinə onların təhlükəsizliyinə zəmanət verən məktub almaq üçün qeydiyyatdan keçməyi əmr edib.
Sentyabrın 21-də “Taliban” insan haqlarının pozulması, korrupsiya, oğurluq və digər cinayətlərlə bağlı hesabatları araşdırmaq üçün komissiya yaratdığını elan edib. Komissiya bir neçə “Taliban” üzvünün oğurluğa görə həbs edilməsi və digərlərinin korrupsiyaya görə işdən qovulması barədə məlumat versə də, bildirilən hər hansı qətllə bağlı araşdırma elan etməyib.
Noyabrın 21-də Human Rights Watch-un nəticələrinə cavab olaraq “Taliban” bildirib ki, sui-istifadələrə görə məsuliyyət daşıyanları işdən azad ediblər, lakin iddialarını təsdiq edəcək heç bir məlumat təqdim etməyiblər.
Azpolitika.info
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar