Xəbər lenti


Əfqanıstanda təhlükəsizlik qüvvələri ilə "Taliban" hərəkatının döyüşçüləri arasında baş verən silahlı toqquşma nəticəsində bir neçə hərbçi yaralanıb.
Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.

Qeyd edilir ki, hadisə ölkənin şimalında, Balh əyalətində, Şolqere rayonunda olub. “Taliban” döyüşçüləri blokposta hücum ediblər, atışma nəticəsində altı hərbçi xəsarət alıb.

Silahlı toqquşma nəticəsində həmçinin “Taliban”ın beş döyüşçüsü öldürülüb, daha üç nəfər yaralanıb.
"Taliban" hücumla bağlı hər hansı açıqlama verməyib.



Ana səhifəyə qayıt        Baxış: 1 944          Tarix: 24-01-2021, 19:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma