Xəbər lenti

 İranın Belucistan vilayətinin iki şəhərində hakimiyyət dörd nəfəri qeyri-qanuni narkotik dövriyyəsində günahkar bilərək edam edib.

Virtualaz.org “Iran Human Rights”a istinadən xəbər verir ki, asılaraq qətlə yetirilənlər arasında 10 yaşlı uşaq da var.

İttiham edilmiş şəxslər ötən cümə günü Zahedan həbsxanasında edam olunublar.

Edamdan sonra öldürülmüş şəxslərin cəsədləri 50 dərəcə istidə günəşin altında bütün gün ərzində həbsxananın ərazisində qalıb.

“Iran Human Rights” bildirir ki, son 12 gün ərzində İranda 56 edam cəzası gerçəkləşdirilib. Edam edilənlərdən 31 nəfəri narkotiklərlə bağlı cinayətlərdə ittiham olunub.




Ana səhifəyə qayıt        Baxış: 978          Tarix: 17-07-2017, 10:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma