Xəbər lenti
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
24-11-2024, 15:58
24-11-2024, 14:34
İsrail bu il ərzində İrana qarşı iki gizli hücum həyata keçirib və hər iki halda ABŞ əvvəlcədən xəbərdar edilib. "Virtualaz.org" xəbər verir ki, bu haqda “The New York Times” Pentaqondakı və ABŞ administrasiyasındakı mənbələrə istinadla yazıb.
Bildirilir ki, birinci dəfə bu ilin iyun ayında Tehrandan Qərbdəki Farac şəhəri ətrafındakı nüvə sentrifuqları zavoduna pilotsuz uçan aparatla hücum edilib. İkinci dəfə isə sentyabr ayında İslam Keşikçiləri Korpusunun “Əl-Qüds” xüsusi təyinatlı qüvvələrinin ölkənin qərbindəki raket bazasında yanğın törədilib.
Xatırladaq ki, hər iki hadisə barədə KİV-lər yazıb, lakin İsrailin həmin hücumları həyata keçirdiyi haqda heç vaxt rəsmən açıqlanmamışdı.
Bildirilir ki, İsrail hücumları həyata keçirməzdən əvvəl Vaşinqtonla məsləhətləşmələr aparıb. Ağ ev isə İsrailin baş naziri Naftali Benneti “tərifləyib” və onun öz sələfi Benyamin Netanyahuya nisbətən daha şəffaf olduğunu bildirib. Bununla belə qəzet yazır ki, hazırda Vaşinqtonla Yerusəlim arasında gərginlik artır, çünki İrana qarşı hansı addımların atılması məsələsində onların mövqeləri arasında ciddi fərq var. İsrail narahatdır ki, əgər İranla nüvə razılaşması əldə edilsə Vaşinqton İsrailə İranın nüvə obyektlərinə zərbələr endirmək planına mane olacaq.
İki gün əvvəl İsrailin müdafiə naziri Beni Hants ABŞ müdafiə naziri Lloyd Ostinlə danışıqlar zamanı xəbərdarlıq edib ki, İsrail ordusu İrana qarşı hərbi əməliyyatlara hazırlaşmaq üçün əmr alıb.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar