Xəbər lenti

Ukrayna özünün «Bayraktar TB2» pilotsuz uçan aparatlarının (PUA) istahsalına başlayıb.

Bu barədə dekabrın 24-də Prezidentin ofisinin başçısı Andrey Yermak danışıb.

«Biz, Türkiyə ilə əməkdaşlığımızı genişləndririk. Hər şey «Bayraktar»ların tədarükündən başladı, indi isə artıq onların istehsalı hərəkətə gətirilib» - Yermak «Fokus» nəşrinə müsahibəsində qeyd edib.

O, həm də xatırladıb ki, Türkiyə «Bayraktar»larının mühərrikləri də Ukraynada hazırlanır. Dekabrın 12-də xəbər verilib ki, yeni Ukrayna-Türkiyə zavodunda «ANKA» tipli reaktiv PUA-ların istahsalına başlanacaq. Onlar hava aparatlarına və digər PUA-lara qarşı mübarizə aparmaq qabiliyyətinə malikdirlər. Onlarda da Ukrayna mühərrikləri quraşdırılacaq, qalan hissələr Türkiyə istehsalı olacaq.

Bundan bir ay əvvəl Ukraynanın müdafiə naziri Aleksey Reznikov bəyan edib ki, ölkəsi silahlı qüvvələr üçün Türkiyədən yeni partiya “Bayraktar” PUA-ları alacaq. Onun sözlərinə görə, Ukrayna aktiv şəkildə dronlardan istifadə edəcək.

AzPolitika.info



Ana səhifəyə qayıt        Baxış: 3 058          Tarix: 25-12-2021, 16:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma