Xəbər lenti


 
Ukraynanın yeni müdafiə naziri Donbası “Bayraktar”larla vurmağı əmr edib.
 
Ovqat.com xəbər verir ki, bunu Müdafiə naziri Aleksey Reznikin özü mediaya açıqlamasında bildirib.
   
Aleksey Reznikov deyib ki, Ukrayna Silahlı Qüvvələri özünü elan etmiş respublikaların ərazilərinə bundan sonra da pilotsuz uçuş aparatları vasitəsilə zərbələr endirəcək və bu, heç də “Minsk razılaşmaları”na zidd deyil:
 
“Russlara Ukrayna ərazisi üzərində dronlardan istifadə etmək qadağan olunub. Biz isə öz torpağımızdayıq. Separatçıların mövqelərinə zərbə endirən dronlar isə Ukraynaya aid PUA-lardır, - deyən Reznikov Ukrayna Silahlı Qüvvələrinin Donbasda pilotsuz uçan aparatlardan istifadənin davam etdiriləcəyini və bununla bağlı müvafiq əmr verdiyini vurğulayıb.
 
Rəsmi məlumatlarda bu günədək Donbassdakı separatçı qüvvələrin mövqelərinə “Bayraktar TB2” dronları ilə cəmi bir dəfə hücun edildiyi bildirilsə də, qeyri-rəsmi xəbərlərə görə, onlardan ən azı üç dəfə istifadə olunub. Ukrayna Silahlı Qüvvələri adətən Türkiyə istehsalı olan pilotsuz uçuş aparatlarından hədəflərə təxminən 7-10 kilometr məsafədən atəş açırlar.
 
Bayraktar TB2 pilotsuz təyyarələrinin Donbassda istifadəsi separatçı qüvvələriüçün çox ciddi təhlükə yaradır, çünki DXR və LPR-nin hava hücumundan müdafiə imkanları bu PUA-ları zərərsizləşdirmək gücündə deyil.
 
Ukraynanın indiki Müdafiə naziri Aleksey Reznikə gəlincə, o, bu yaxınlarda həmin vəzifəyə təyin olunub. Ondan əvvəl həmin postu tutan Andrey Taran noyabrın 2-də istefa ərizəsi yazaraq təqaudə ayrılmışdı. Üzərindən 2 gün keçdikdən sonra Aleksey Reznik Müdafiə naziri təyin olundu. Bir çox müşahidəçilər nazir dəyişikliyinin səbəbini Andrey Taranın ABŞ-ın Donbassla bağlı planını həyata keçirməkdə çox da istəkli olmaması ilə izah edirlər. İddialara görə, yeni nazir Reznik separatizmə qarşı sərt mübarizənin tərəfdarıdır və regionun coğrafi özəlliklərini yaxşı bilir. Reznik bundan əvvəl Müvəqqəti İşğal Olunmuş Ərazilərin Reinteqrasiyası məsələləri üzrə nazir vəzifəsini icra edirdi. 
 
Yeni Müdafiə nazirinin postuna təyin olunandan sonra verdiyi ilk rəsmi açıqlamada separatçı qüvvələrə qarşı mübarizədə “Bayraktar TB2” dronlarından istifadə edəcəklərini bildirməsi Ukraynanın Donbasska bağlı yeni hərbi konsepsiyasından xəbər verir. Belə məlum olur ki, Kiyev Donbass məsələsini tamamilə bitirmək əzmindədir və bu məsələdə 44 günlük Qarabağ savaşı təcrübəsini həyata keçirəcək.


Ana səhifəyə qayıt        Baxış: 6 792          Tarix: 6-11-2021, 22:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma