Xəbər lenti

 
"Türk dostlarımız da Ukrayna Donanmasının dəniz qüvvələrinin inkişafına fəal şəkildə dəstək verirlər. Müasir korvetimizin ilk korpusunun təməlləri artıq Türkiyədə qoyulub və 2023-cü ilin sonuna kimi Ukraynada tamamlanacaq".
 
Ovqat.com xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski bu gün Odessa limanına səfəri zamanı etdiyi çıxışında belə deyib.
 
Ukrayna donanmasının qurulmasının ildönümü münasibəti ilə keçirilən tədbirdə Zelenski onu da bildirib ki, Kiyev yaxın vaxtlarda Ukrayna dəniz aviasiyasını gücləndirmək üçün Bayraktar PUA-ları da alacaq: "Dəniz aviasiyamızı gücləndirmək üçün bu təşəbbüs uğurla sürdürülür. Tezliklə müasir və səmərəli Bayraktar gövdəli təyyarələr alacağımızı gözləyirik".
 
Dövlət başçısı həmçinin qeyd edib ki, bu pilotsuz təyyarələri idarə edəcək Ukrayna hərbçiləri artıq Türkiyədə təlimlərini başa vururlar.

Çıxışın videosu bu linkdə


 


Ana səhifəyə qayıt        Baxış: 6 221          Tarix: 4-07-2021, 18:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma