Xəbər lenti

NATO öz mövcudluğunu Ukrayna alyansa daxil olmazdan əvvəl dayandıracaq.

Bu fikri «NAŞ» telekanalının efirindən Ukrayna Prezidentinin eks-müşaviri Valeri İvasyuk səsləndirib.

«Mən, dərindən inanıram, nə qədər ki, Rusiya indiki formulda, formatda indiki kimi mövcuddursa, çox güman ki, NATO öz mövcudluğunu Ukrayna alyansın üzvü olmazdan əvvəl dayandıracaq» - ekspert deyib.

NATO-nun şərqə doğru genişlənməsi və hücum silahlarının Ukrayna ərazisində yerləşdirilməsi Rusiya üçün qırmızı xəttdir. Bu barədə Rusiya Prezidenti Vladimir Putin dəfələrlə bəyan edib.

Rusiya hakimiyyəti mövcud narahatlıqları tənzimləmək üçün ABŞ-a və Şimali Atlantika Alyansına təhlükəsizik qarantiyası barədə müqavilə və sazişlər bağlamağı təklif edib. Sənədlər artıq baxılmaq üçün ünvanlara verilib. Moskva, Vaşinqton və Brüssel müxtəlif formatlarda bu təşəbbüsü yanvarda müzakirə edəcək.

Avromaydandan və hakimiyyətin dəyişməsindən sonra 2014-cü ilin fevralında Ukrayna NATO-ya daxil olmaq kursunu bərpa edib.

Ötən ilin iyununda Şimali Atlantika Şurası Ukraynaya genişləndirilmiş həmkar statusu verib. Bu zaman NATO-da qeyd ediblər ki, bu status ölkənin alyansa üzv olmaq qərarına təsir etmir.

AzPolitika.info



Ana səhifəyə qayıt        Baxış: 3 913          Tarix: 2-01-2022, 19:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma