Xəbər lenti
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
NATO-Rusiya Şurası iki il yarımdan sonra ilk dəfə yanvar ayının ilk yarısında toplaşa bilər.
Ovqat.com xəbər verir ki, məlumatı Almaniyanın DPA xəbər agentliyi yayıb.
Agentlik NATO-nun adı çəkilməyən sözçüsünə istinadən bildirib ki, alyansın Baş katibi Yens Stoltenberq yanvarın 12-də iclas çağırmaq qərarına gəlib və bu barədə Rusiya ilə məsləhətləşmələr aparır.
İddia olunur ki, Rusiya Xarici İşlər Nazirliyi də belə bir təklifi aldığını təsdiqləyib, lakin onun hələ də nəzərdən keçirildiyini, format və vaxtın dəqiqləşdirilməsinə ehtiyac olduğunu bildirib.
Qeyd edək ki, bu formatda sonuncu danışıqlar 2019-cu ilin iyulunda baş tutmuşdu və o vaxtdan bəri görüşün tarixini təyin etmək üçün edilən bütün cəhdlər uğursuzluqla nəticələnmişdi.
Vurğulanır ki, NATO-Rusiya toplantısında əsasən Ukrayna məsələsinin müzakirə olunacağı gözlənilir. Bildirildiyinə görə, Ukrayna da bu müzakirələrdə iştirak etmək niyyətindədir.
Məlum olduğu kimi, dekabrın 17-də Rusiya Xarici İşlər Nazirliyi Moskvanın Şimali Atlantika Alyansı və ABŞ-la Avropada təsir dairələrinin faktiki bölgüsünə dair “müqavilə layihələri”ni imzalamaq istədiyi açıqlamışdı. Üzərindən 1 neçə gün keçəndən sonra Rusiya Prezidenti Vladimir Putin media qarşısına çıxıb ABŞ-ın 1990-cı illərdə Moskvanı aldatdığını; NATO-nun Şərqə genişləməyəcəyinə söz verməsə də, bu vədinin arxasında durmadığını bildirmişdi. Putinin fikrincə, NATO ilə Rusiya keçmiş razılaşmalara yenidən baxmalı və yazılı müqavilə bağlamalıdır.
Rusiyanın Ukrayna və Gürcüstan başda olmaqla Qara dəniz hövzəsini öz “qırmızı xətti” elan etməsi fikri ilə NATO və ABŞ-ın razılaşması mümkün görünmür. Qərbin fikrincə, post-sovet məkanları suveren dövlətlərdir və kiminlə ittifaq qurmaq niyyətinə yalnız özü qərar verə bilər. Kreml isə bu fikri yaxın buraxmır və onu öz təhlükəsizlik strategiyasına zidd prinsip sayır.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar