Xəbər lenti

Ukraynanın NATO-ya daxil olması və bu ölkə ərazisində xarici hərbi bazaların yerləşdirilməsi nə Rusiya üçün, nə də Avropa üçün yolverilməzdir, çünki onilliklər uzunu Avropada yaradılmış təhlükəsizlik sisteminin dağılmasına gətirib çıxarır və Rusiya üçün bu təhlükənin qəbuledilməz xarakter almasına səbəb olur.

Bu barədə dekabrın 14-də Rusiyanın Britaniyadakı səfiri Andrey Kelin «Rusiya-24» telekanalının efirindən bəyan edib.

«Ukraynanın NATO-ya daxil olması tam bir kompleks yaradır ki, onlar bizim üçün qəbuledilməz və mütləq yolverilməz xarakter alır. Təkcə bizim üçün yox, həm də ümumilikdə Avropa təhlükəsizliyi üçün, hansı ki, bir neçə onillik boyu yaradılıb - 40 il, Helsinki yekun aktına qədər, indi isə sındırılır. Biz, elə bir situasiyaya düşürük ki, 60-cı illərin soyuq müharibəsi kimi» - diplomat göstərib.

Səfir qeyd edib ki, Rusiya sərhədləri yaxınlığında zərbə silahı və orta və yaxın məsafəli raketlərin yerləşdirilməsi, həm də hərbi bazanın meydana çıxması qəbulolunmaz təhlükə yaradır ki, Rusiya üçün böyük zəhmətə başa gəlib» - Kelin deyib.

Nəticələr arasında o, həm də Ukrayna millətçilərinin cəzasız anti-Rusiya siyasətinə - NATO örtüyü altında yeritdiyi siyasətə barmaq tuşlayıb.

Xatırladaq ki, bundan əvvəl Ukrayna və ABŞ Prezidentləri Vladimir Zelenski və Co Bayden telefonla Donbasda dinc tənzimləmə prosesini, həm də Ukraynaya qarşı təcavüzün olacağı təqdirdə Rusiyaya qarşı sanksiyaları və Ukraynanın NATO üzvlüyü məsələlərini müzakirə ediblər. İndiki halda Ukrayna NATO-nun genişləndirilmiş imkanlı həmkarı statusu alıb.

AzPolitika.info



Ana səhifəyə qayıt        Baxış: 3 337          Tarix: 15-12-2021, 09:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma